logo
logo
Sign in

Bodrumda gəzməli yerlər

avatar
Niyazi Ibrahimov
Bodrumda gəzməli yerlər
Bodrum dedikdə, ilk ağla gələn məşhur mavi qapı-pəncərəli ağ örtüklü daş evlər, körfəzlər, istiqanlı və dinc insanlardır. Ege bölgəsinin vazgeçilməzlərindən biri olan Bodrum, tarixi, təbiəti, dərin mavi dənizi, əyləncənin və əmin-amanlığın bir araya gəldiyi bənzərsiz mühiti ilə istirahət edənlər üçün ən xüsusi yerlərdən biridir.  Burası təkcə türklər üçün deyil, həm də xarici turistlər üçün ən çox seçilən yerlərdən biridir. Bodrum, bütün fəsillər üçün dinc bir qaçış yeri olaraq görülür. Hər il müntəzəm olaraq bir neçə ayı Bodrumda keçirən insanların sayı, Bodrumun yerli sakinləri qədərdir. Bodrumdakı həyat antik dövrlərə əsaslanır. Miladdan öncə  650-ci illərdə Bodrum "Halikarnassos" adlandırılmağa başladı. Daha sonra şəhərin Müqəddəs Petrusa həsr edilməsi ilə Petrium-a dəyişdirildi. Petrium sözü zamanla "petrum", "potrum" və "Bodrum" a çevrildi. Cümhuriyyətin elanı ilə isə nəhayət Bodrum olaraq qərarlaşdı.

Bodrum Aralıq dənizi iqliminə malikdir. Ümumilikdə isti günlərin sayı daha çoxdur. Digər bölgələrlə müqayisədə isə yay daha sərin keçir. İstilik yayda 40 dərəcəyə çatsa da, qışda 10-15 dərəcəyə qədər düşə bilər. Yağıntıların çox hissəsi qışda yağış şəklində olur. Nadir hallarda qar görülür.

Bodruma getməyin ən rahat və təhlükəsiz yolu təyyarədir. Siz erkən rezervasiya ilə büdcənizə 50 faizə qədər qənaət etmiş ola bilərsiniz. Xüsusilə yay üçün rezervasiyanızı qış aylarında planlamaqla bu təkliflərdən yararlanmış olursunuz. Bodrum turları şirkətimiz tərəfindən hazır tur paket olaraq təklif edilir. Bu paketlərə, aviabilet gediş-dönüş, transfer (havalimanında qarşılayıb otele yerləşdirmə və eyni qayda ilə dönüş), otel (qidalanma daxil) və sığorta daxil olur. Əgər bu təkliflərdən yararlanmaq üçün gec qalmısınızsa, siz ayrı ayrılıqda otel, bilet həmçinin transfer xidmətini bron edə bilərsiniz. Uçuşlar əsasən Azal, Buta və Türk Hava yolları vasitəsi ilə həyata keçirilir. Bodrum beynəlxalq hava limanına yaxın, 35 km məsafədə yerləşir.

Həmçinin Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi gəmi yanaşma körpüsü də mövcuddur. Əgər şengen vizanız varsa, buradan başlayan günlük kruiz turları ilə rahatlıqla yunan adalarını da səyahət edə bilərsiniz.

Ətraflı Bodrumda gəzməli yerlər  bloqumuzuna keçid edin.

collect
0
avatar
Niyazi Ibrahimov
guide
Zupyak is the world’s largest content marketing community, with over 400 000 members and 3 million articles. Explore and get your content discovered.
Read more