logo
logo
Sign in

Budapestde gezmeli yerler

avatar
Niyazi Ibrahimov
Budapestde gezmeli yerler
Budapeşt - heyranedici mənzərələrinə, sehrli günbatımına, dünyanın ən gözəl binasına sahib olan, eyni zamanda, dadlı yeməkləri və atmosferli əyləncə həyatının xas olduğu şəhər sayılır.  Bir-birindən zəngin abidələri, lakin ən əsas da, 1905-ci ildə inşa edilmiş parlament binası ilə məşhurdur.
Şəhər kontinental iqlimə malikdir, isti yayı və soyuq qışı ilə seçilir.
 
Budapeştə getməyin ən tez və rahat yolu Bakıdan WizzAirlə birbaşa uçuşdur. Bakı-Budapeşt reysi üçün birtərəfli biletin qiyməti bel çantası ilə bir yerdə (10 kg) 28 avrodan başlayır. Birbaşa uçuşlar həftədə iki dəfə olmaqla həyata keçirilir və uçuş müddəti təqribən 4-5 saat aralığında davam edir. Nəzərə almaq lazımdır ki, Macarıstan Şengen zonasında yerləşir və buna görə də, gəlməzdən əvvəl şengen vizası almaq lazımdır.
Eyni zamanda, Avropanın digər ölkələrindən də Budapeştə çox sərfəli yollarla səyahət etmək mümkündür. Bu həm avtobus və ya qatarla, həm də low cost hava yolları ilə mümkündür. Bundan əlavə, Bakıdan birbaşa uçuşlar çox baha olduğu təqdirdə Kutaisidən səyahət etmək olar. Bunun üçün qatar və ya avtobusla Tbilisiyə səyahət edib, oradan avtobusla Kutaisi hava limanına getməkdir. Avtobus bileti 20 laridir və www.georgianbus.com saytına daxil olaraq ala bilərsiniz. Tbilisidən Kutaisiyə avtobuslar Puşkin meydanından yola düşür.
 
collect
0
avatar
Niyazi Ibrahimov
guide
Zupyak is the world’s largest content marketing community, with over 400 000 members and 3 million articles. Explore and get your content discovered.
Read more